EN

3 qurumun əməkdaşlarının maaşı artırılır - RƏSMİ

Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarının maaşlarının artırılması barədə fərmanlar imzalayıb.

Modern.az xəbər verir ki, fərmanlara əsasən aşağıdakı şəxslərin maaşları orta hesabla 10 faiz artırılacaq:

- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları

- Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları.

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.

Chosen
16
1
modern.az

2Sources