EN

Los-Ancelesdəki yanğında palçıq daşqınları zəhərli kül axınına səbəb ola bilər

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yanğın bölgəsində yağışın səbəb olduğu palçıq daşqının zəhərli kül axınına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Turkustan.az xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidmətindən meteoroloq Co Sirard Los-Ancelesdə yanğın bölgəsində hava şəraiti ilə bağlı açıqlama verib.

Sirard, yanğın bölgəsində dünəndən bəri təsirli olan yağışın yanğının söndürülmə işlərinə müsbət təsir etdiyini, lakin bəzi ərazilərdə palçıq daşqınlarına səbəb olduğunu qeyd edib.

Sirard, palçıq daşqınlarının yanğından qalan dağıntıları daşıya biləcəyi və zəhərli kül axınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və əlavə edib ki, hətta kiçik miqdarda yağıntılar da palçıq daşqınları riskini artırır.

Aytən Yaşar/ Turkustan.az

Chosen
23
turkustan.az

1Sources