EN

“Günə 200 rubl xərcləyib, bu yeməkləri alırdım” -200 kq arıqlayan kişi


Kuban sakini Aleksandr Teslyanın çəkisi 250 kiloqramı keçmişdi.

“Medicina” xəbər verir ki, uşaqlığından qida pozğunluğundan əziyyət çəkən 30 yaşlı kişi daha çox şirniyyat yeyirdi. O, qeyri-sağlam qidalara meyilli idi. Bundan əlavə, Tesla çox pivə içirdi.


Çəkisi 200 kq-I keçdikdə onu arvadı atdı və usağı da götürüb boşanmaya verdi.

Aleksandr nəhayət arıqlamaq qərarına gəldikdə, fasilələrlə oruc tutmağa və ciddi şəkildə kalori saymağa başladı. Kişi alkoqoldan tamamilə imtina edərək gündəlik qida rasionuna qarabaşaq yarması, tərəvəz və yarpaqlı salatlar, toyuq filesi daxil edib.

“Yanvar ayında spirtli içki qəbul etməyi dayandırdığımdan 10 il keçdi. İndi gündə iki dəfə yemək yeyirəm - nahar və şam yeməyi. "Axşam 7-dən sonra yemək yemirəm.Yemək üçün gündə 200 rubl xərcləyirəm - bu, dənli bitkilər, quş əti, mövsümi tərəvəzlər, məsələn, çuğundur və ya duzlu kələmdir. Hamısı ucuzdur və çox xərc tələb etmir”.


Aygün Musayeva


Chosen
16
medicina.az

1Sources