EN

Yaramazlar yalnız bela peşə seçir




Hazırda dünya geosiyasi adaptasiya dövrünü yaşayır. Qüvvələrin stabil balanslaşması üçün qurulan yeni oyun qaydaları artıq açıq şəkildə öz aqressiv fəaliyyət proqramının icrasındadır. Dünyanın bir çox regionlarında nizamlama prosesi gedir. Bəzi regionlarda bu hərbi taktika ilə, bəzilərində isə dünya miqyaslı əməkdaşlıq sistemi ilə yeni dünya düzəni sürətlə gedir. .Tramp hakimiyyəti fəaliyyətə başlayar-başlamaz artıq bir neçə iddialı mesajlarları yaxın gələcəkdə qüvvələr nisbətinin hər şeyi əhatə edən kompleksli bir formada yekunlaşdırılmasına dair niyyətlərini ortaya qoyub. Amerika, özünü super fövqəlbəşər dövlət kimi, uzunmüddətli geostrategiyanı hazırlayıb və onun tətbiqinə başlayıb. Bu yeni geostrategiya zərurəti müəyyən fundamental reallıqlardan yaranır: Avrasiya kontinentində qüvvələr nisbətinin dəyişməsi, Yaxın Şərq, Orta Asiya, Cənubi Qafqaz, Rusiya, Ukrayna və digər regionlarla bağlı əsas reallıqlar.

Nəzərə alsaq ki Amerika hələ də Çin ilə geosiyasi konsensus əldə edə bilməyib və Avrasiyanın Uzaq Şərqində mərkəzi rolu Çin oynayır, o cümlədən Avropada əsas simaların müəyyən edilməsi məsələsi, bütün bu amillər adaptasiya olunmaq üçün həm sərt, həm də aqressiv addımların atılmasına səbəb olur. Artıq Klintonun o vaxt müəyyən etdiyi kimi, Amerika zəruri dövlətə çevrilib.
Dünyanın baş verən maraqlar toqquşmasında zərər görmədən minimum zərbələrlə dövlətimizi adaptasiya dövründə qorumaq lazımdır. Bura həm iqtisadi, həm hərbi həm mədəni, hə siyasi, həm də digər amillər daxildir. Bunun üçün artıq müəyyən addımlar atılmışdır. Diplomatik çevikliyin, xarici siyasi fəaliyyətin funksionallığı və operativliyi, sistemli şəkildə aparılması, böyük miqyaslı əlaqələrimizin tərəfdaşlığının mahiyyəti və siyasi fəlsəfəsi əslində əvvəlcədən planlaşdırılmış və tətbiq olunmuşdur.
Dəyərli soydaşlarımız, hadisələrin hansı səviyyədə və miqyasda cərəyan etdiyini düşündükdə, bu gün yalnız hamının vəzifəsi dövlətimizin qorunması üçün dövlətçilik prinsiplərinə sadiqlik vətən anlayışını dərk edir, hər kəs öz müqəddəs vəzifəsini icra etməlidir. Artıq bu gün Azərbaycanda bu siyasi yöndə təbəqələşmə prosesi mövcuddur. Dövlətimizin yanında olanlar, dövlətin maraqları üçün böyük düşüncə ilə ortaya qoyduğu strateji addımlar atan siyasi xəttin yanında yer alanlardır. Bu siyasi-diplomatik uğurlara düşmən kimi yanaşanlar daşlaşmış düşüncəyə sahib olan təbəqələşmə mövcuddur.Onlara dərrakəsizlər təbəqəsidə demək olar.

Hər fürsətdə şou düzəldib, şantaj və montaj dibçəyindən qidalananlar yenə də öz amplasındadırlar. Siz artıq hər şeyə əl atırsınız. Sonunuz və özünüz bəlli.

Özünüzü hansı səviyyəyə salmısınız nə günlərə qoymusunuz. Və nələri müzakirə obyektinə çevirmisiniz. 44 günlük zəfər tarixi yazmış əsgərləri, xalqı ilə şanlı tarix yazan bir liderin uğurlarını qərəzli müzakirə etmək ancaq sizin başınız üçündür. 100 illərdən bəri bəzi tarixi şəxsiyyətlərin edə bilmədiklərini, amma etmək istədiklərini, Dövlət xadimi, Ali baş komandan kimi İlham Əliyev həyata keçirtdi. Şanlı Azərbaycanın qurulmuş düzənini yönəldənlər, dövlətin yaşaması və bütövlüyü, qüdrətli olması üçün atılan addımlara şərlər, böhtanlar peşəsini seçənlər sizin peşəniz yaramaz peşədir. Yaramazlar yalnız belə peşə seçir. Biz artıq dövlətimizi geosiyasi adaptasiya üçün hazırlamış və dünyanın sürətlə irəliləyən "Vicdan" qatarına mindirmişik. Siz isə əks istiqamətə, dünyanın vidalaşmaq istədiyi vicdansızların qatarına minmisiniz. Sizə yaxşı yol!
Chosen
29
newscenter.az

1Sources