"Şamaxı" - "Zirə" görüşünün (1:2) qəhrəmanı da anti qəhrəmanı Ruan Renato oldu.
Braziliyalı legioner öncə fasilə ərəfəsində komandasına hava-su kimi vacib qol sevinci bəxş etdi.
O, birinci hissənin bitməsinə saniyələr qalmış vurduğu dəqiq baş zərbəsi ilə "qartallar"ı həm hesabda önə çıxardı, həm də psixoloji cəhətdən üstün tərəfə çevirdi.
Bu məqamın qələbədə payı böyükdür.
Lakin ikinci hissənin son saniyələrdi etdiyi hərəkət peşəkar futbolçuya yaraşan deyildi.
Belə ki, meydan sahiblərinin hücumu zamanı cərimə meydançasında yaranmış qarışıqlıqda top Arsen Ağcabəyovun önünə düşdü. Müdafiəçi boş qapını dəqiq nişan ala bilsəydi, komandası 1 xala sevinəcəkdi.
Epizodun sonunda hakim final fitini verincə Ruan Renato komanda yoldaşı Aydın Bayramova hücum çəkdi.
Rəqibə verilən qol imkanına görə qolkiperi sərt qınadı.
Bayramov da əcnəbi futbolçunun reaksiyasına səssiz qalmayınca ara əməlli-başlı qarışdı.
Yalnız hakimlərin, oyunçuların və rəsmilərin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün oldu.
Çox gec olmadan səhvini anlayan Ruan bu dəfə barışıq üçün Aydına yaxınlaşdı.
Ondan üzrxahlıq etdi, boynuna əlini qoyub, azarkeşlərlə qələbə marşı oxumağa yollandı.
Matçdan sonra hər kəsin cənubi amerikalını axtarması gözlənilən idi.
Ki, başverənlərə aydınlıq gətirsin.
Təəssüf ki, Ruan danışmaq əvəzinə, başını aşağı salaraq qaçmaq yolunu seçdi.
XANOÄžLAN / SPORTÄ°NFO.AZ