EN

“Coca-Cola” yüksək xlorat tərkibinə görə Avropadakı məhsulları geri çağırır


Qida nəhəngi “The Coca-Cola Company”nin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” xloratların miqdarının artması səbəbindən məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
“Bizim dəqiq rəqəmlərimiz yoxdur, lakin aydındır ki, söhbət əhəmiyyətli rəqəmdən gedir”, - şirkətdən agentliyə bildirilib.
Tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan “Coca-Cola”, “Sprite”, “Fanta”, “Fuze Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” və “Tropico” brendlərinə şamil edilir. Şirkət bildirib ki, problem Gentdə istehsal üçün normativ tələblərə uyğunluğu təmin etmək üçün içkilərinin keyfiyyətinin yoxlanılması zamanı müəyyən edilib.
Chosen
20
20
yeniavaz.com

10Sources