EN

Qazaxıstanda əsrlər əvvələ aid yeni əsərlər TAPILDI

Qazaxıstanın Xəzər dənizi sahillərində yerləşən Atyrau vilayətində aparılan arxeoloji qazıntılar zamanı Sarmatlar dövrünə aid əsrlər əvvələ aid nadir tapıntılar aşkar edilib.

Redaktor.az xəbər verir ki, Atyrau Vilayət Administrasiyasının açıqlamasına görə, son iki il ərzində bölgədə yerləşən "Karabau-2" kurqanında geniş miqyaslı arxeoloji tədqiqatlar aparılıb.

Kurqanda aşkar edilən 9 məzardan 7-si eramızdan əvvəl VI əsrdən eramızın IV əsrinə qədər bölgədə yaşamış atlı köçəri Sarmat xalqına aid olub. Qazıntılar zamanı tapılmış zinət əşyaları, silahlar, keramika qablar və insan qalıqları xüsusi maraq doğurub.

Tapılan əsərlər Atyrau Bölgə Tarix Muzeyində təşkil edilən sərgidə ilk dəfə nümayiş etdirilib. Sərgidə ən çox diqqət çəkən əsərlərdən biri, hər iki tərəfində qartal təsvirləri ilə bəzədilmiş, çəkisi təxminən 370 qram olan qızıl bilərzik olub. Bu nadir tapıntı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Kənan YUSİF

Chosen
11
redaktor.az

1Sources