Azərbaycanlı jurnalistlər - Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli və Editor.az saytının baş redaktoru Fərid Şahbazlı Türkiyənin ən nüfuzlu xəbər agentliklərindən olan Haberler.com redaksiyasını ziyarət ediblər.
Bu barədə Bakıvaxtı.az-a F.Şahbazlı bilrib.
Onun sözlərinə görə, gorüsdə birgə əməkdaşlıqla bağlı planlar müzakirə olunub.
Azərbaycanlı jurnalistlərin Haberler.com-un xəbər müdiri Olgun Kızıltepeyle də görüşü olub.
Görüşdə Azərbaycan və Türkiyədə media sahəsində aparılan islahatlar, görülən işlər müzakirə olunub və informasiya mübadiləsində hər iki ölkə jurnalistlərinin birgə fəaliyyəti gündəmə gətirilib.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/1/28/1/72817eb7-f761-49bf-972f-7182eaced6c9/532c2be9-8d26-4df5-9333-711ffdfcefc3.jpg)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/1/28/1/5cd9c664-8382-4526-b87f-38a7ac19a356/2b887ee7-d01c-45f8-899f-3e2a684cdfc4.jpg)