İspaniya hökuməti son 10 ildə müdafiə xərclərini 70% artırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın baş naziri Pedro Sançes bildirib.
İspaniya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Madrid 2029-cu ilə qədər ölkənin hərbi xərclərini ÜDM-in 2%-nə çatdırmaq üçün qəti öhdəliyini bəyan edib.
Sançes vurğulayıb ki, İspaniya son on ildə müdafiə xərclərini 70% artırıb və onu ən çox artıran üçüncü müttəfiq olub.
Nazirlər Kabinetinin rəhbəri 2024-cü ildə Kiyevə 1 milyard avro dəyərində hərbi materialların tədarükünə də diqqət çəkib.