Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında ötən gecə başlanan döyüşlərdə ölən və yaralananların sayı bəlli olub. SİA xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından əldə etdiyi məlumatlara istinadən bildirib. Məlumata görə, azı 17 nəfər həlak olub, 367 nəfər yaralanıb. Rəsmi açıqlama yoxdur. Döyüş əməliyyatları davam edir. Qoma həkimləri şəhər sakinlərini yaralıların xilas edilməsi üçün qan verməyə çağırırlar.