EN

Bu gün “sükut günü”dür

Azərbaycanda 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün “sükut günü”dür.

Ucnoqta.az xəbər verir ki, seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat prosesi səsvermə gününə 24 saat qalmış dayandırılır. Bununla əlaqədar olaraq, bu gün heç bir təşviqat fəaliyyəti həyata keçirilə bilməz.

Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, həmçinin qeydə alınmış siyasi partiyalar və partiya blokları tərəfindən aparıla bilər. Təşviqat prosesi rəsmi olaraq yanvarın 6-da başlamış və yanvarın 28-i saat 08:00-da başa çatmışdır.

Chosen
11
35
ucnoqta.az

10Sources