EN

Britaniya donanmasını modernləşdirmək üçün 355 milyon dollarlıq müqavilə imzalayıb

Bakı, 28 yanvar, AZƏRTAC

Böyük Britaniya hökuməti müdafiə şirkəti “BAE Systems” ilə Kral Hərbi Dəniz Qüvvələrinin döyüş sistemlərinin modernləşdirilməsi üçün 355,57 milyon dollarlıq müqavilə imzalayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu, döyüş gəmilərinin sistemlərini gücləndirəcək və onların təhdidləri izləmək, təhlil etmək və cavab vermək qabiliyyətini artıracaq.

Ötən həftə Böyük Britaniya Müdafiə Nazirliyi sualtı qayıqlar üçün nüvə reaktorlarının hazırlanması və istehsalı üçün “Rolls Royce” ilə 8 il müddətinə 11 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Departamentin rəhbəri Con Healy vurğulayıb ki, şirkətlə əməkdaşlıq Kral Donanmasını və milli təhlükəsizliyi gücləndirməyə kömək edəcək.

Chosen
11
2
azertag.az

6Sources