İngiltərənin Şimali Yorkşir qraflığında 460 il fəaliyyət göstərmiş ən qədim pablardan biri bağlanıb.
Bu barədə “The Drinks Business” nəşri məlumat yayıb.
“Windmill Inn” pabı Linton kəndində, Kraliça I Elizabetin iqtidarı dövründə 1564-cü ildə açılıb. Nəşr qeyd edib ki, son bir neçə ildə müəssisə “heç də ən yaxşı dövrünü yaşamırdı”.
“Hazırda icarədarlarla müqavilənin müddəti başa çatıb. Onlar sadəcə müqaviləni uzatmaq istəmədilər”, – pabın baş meneceri bildirib.
Ehtimal olunur ki, yeni icarədarlar tapıldıqdan sonra müəssisə yenidən açıla bilər.
© “Report”