EN

Həyat yoldaşını və dörd uşağını diri-diri yandırmaq istədi

Rusiyada dəhşətli cinayət hadisəsi baş verib. Ren TV-nin yaydığı məlumata görə, İrkutsk vilayətinin sakininə qarşı bir qadın və dörd azyaşlının həyatına sui-qəsd cəhdi ilə bağlı cinayət işi açılıb. İstintaqın məlumatına görə, kişi keçmiş həyat yoldaşını və uşaqlarını diri-diri yandırmağa çalışıb.

İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, hadisə gecə saatlarında Balagansk kəndində baş verib. Fərdi evdə qadınla keçmiş əri arasında münaqişə baş verib. Mübahisə zamanı həmin şəxs benzin qutusunu götürərək zalda döşəməyə tökərək evi yandırıb. O, sonra ərazidən uzaqlaşaraq qaçıb.

Qadın möcüzə nəticəsində dörd uşağını xilas edə bilib: "Onlar birlikdə evdən çıxıblar və təcili yardım çağırıblar. Hər beş nəfər yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır".

Tural

Chosen
2
10
news365.az

5Sources