EN

“Gəncə”nin kapitanı: “Meydana yalnız qələbə üçün çıxacağıq”

“Meydana yalnız qələbə üçün çıxacağıq”.

İdman.biz xəbər verir ki, bunu “Gəncə”nin basketbolçusu Elşad Şirzadov deyib.

Komandasının kapitanı “Ordu” ilə Azərbaycan kubokunun 1/8 finalı öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, doğma meydanda oynamaq “Gəncə” üçün üstünlükdür: “Tribunalarda azarkeşləri görmək olduqca xoşdur. Oyun boyu bizə lazımı dəstəyi verirlər. Ona görə onları “Ordu” ilə kubok matçına da dəvət edirəm. Biz bu görüşə xüsusi motivasiya ilə çıxacağıq. Çünki sonuncu qarşılaşmada rəqibimizə uduzmuşuq. Məşqçilərimizin köməyi ilə oyuna intensiv məşqlər etməklə hazırlaşırıq. Meydana yalnız qələbə üçün çıxacağıq”.

Şirzadovun sözlərinə görə, “Gəncə”nin heyətində iki milli üzvünün olması da əlavə gücdür: “Təbii ki, bu, belədir. Mən və Cəbrayıl Əkbərov yığmada çıxış edirik. Limitə görə də üstünlüyümüz var. U-21 yığmasında oynayan Azər Əzimovu, eləcə də Maqsud Rüstəmovu da unutmaq olmaz. Düşünürəm ki, bizim yerli oyunçularımız yetərincə güclüdürlər. Kubokda avantajımız var”.

“Gəncə” və “Ordu” klubları qısa müddət ərzində 2 dəfə qarşılaşacaqlar. Kubok qarşıdurmasından 3 gün sonra komandalar çempionat matçında üz-üzə gələcəklər. Kapitan bildirib ki, liqa ilə kubokda limit fərqlidir: “Məşqçilər tərəfindən seçilən oyun sistemimiz var. Dediyim kimi, son çempionat matçında “Ordu”ya məğlub olduğumuzdan bu komandaya qarşı oyunlara ciddi hazırlaşırıq. Hər detalı incələyirik. Revanş almaq istəyirik. Bundan sonrakı bütün görüşlər bizim üçün çox vacibdir. 1/4-ə finala birbaşa adlamaq istəyirik. Məqsədimiz budur”.

Qeyd edək ki, “Ordu” – “Gəncə” qarşılaşması fevralın 2-də keçiriləcək.

İdman.biz

Chosen
15
20
idman.biz

10Sources