"Bavariya" növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, Almaniya nəhəngi "Köln"də çıxış edən qapıçı Yonas Urbiqi transfer edib.
Münhen təmsilçisi 21 yaşlı qapıçı üçün 7 milyon avro təzminat ödəməli olub. Müqavilənin müddəti isə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Yonas Urbiq Almaniya U-21 millisinin üzvüdür. O, bu mövsüm Bundesliqa-2-də 11 oyunda meydanda olub.