Polis əməkdaşlarının yanvarın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Avtosfer.az xəbər verir ki, məlumatı DİN mətbuat xidməti yayıb.
Yanvarın 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.