EN

“Paşinyanın yeganə ümidi Türkiyə və Azərbaycandır” – “O artıq Avropa və ABŞ-yə arxalana bilməz”

Rusiya artıq indiki Ermənistan hakimiyyətinə dözməyəcəyinə dair qərar verib.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış erməni politoloq Stepan Danielyan yerli mətbuata açıqlamasında deyib.

Danielyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Nikol Paşinyan hökuməti ilə bağlı “Paşinyan Ermənistanı məhv edəcək” fikrini şərh edərək deyib ki, bu, Minskin yox, Moskvanın Ermənistana son xəbərdarlığı sayıla bilər: “Belarus Prezidentinin bəyanatlarında bizim üçün yeni heç nə yox idi. Sual olunur ki, o, niyə belə bəyanatlar verir və bu zaman Rusiya Prezidentinə istinad edir.

Moskva bununla da bəyan edir ki, indiki Ermənistan hakimiyyəti artıq Avropa və ABŞ-yə arxalana bilməz. Paşinyan hökuməti tək qalıb, onun yeganə ümidi Türkiyə və Azərbaycandır”.

Politoloqun iddiasına görə, Ermənistana qarşı növbəti tələb Zəngəzur dəhlizinin açılması, daha sonra azərbaycanlıların Ermənistana köçürülməsi olacaq. Onun fikrincə, Paşinyan “opportunist” olduğu üçün onun apardığı siyasət Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnəcək. 

“AzPolitika.info”

Chosen
5
50
azpolitika.info

10Sources