Litva müdafiə naziri Dovile Şakalene Avropa İttifaqını (Aİ) ABŞ silahları almaqla transatlantik əlaqələri dəstəkləməyə çağırıb.
O, bu barədə "Politico"ya müsahibəsində danışıb.
"Biz milli və Avropa müdafiə sənayemizi dəstəkləməliyik, eyni zamanda ABŞ silahlarının alınmasını nəzərdə tutan transatlantik əlaqələri qoruyub inkişaf etdirməliyik. Tarazlığı təmin edəcəyik", - o bildirib.
Nazir həmçinin əlavə edib ki, məsələ silah istehsalçılarında yox, "özümüzü qorumaq" qabiliyyətindədir: "Siyasi və milli maraqlar tənliyin bir hissəsi olacaq, lakin əsas element təhlükəsizliyimiz olacaq. Ehtiyaclarımıza ən yaxşı cavab verən silahı hamıdan tez istehsal edə bilənlərə bazarda daha çox tələbat olacaq”.
Onun sözlərinə görə, Avropanın ABŞ-yə ehtiyacı olmadığını düşünmək sadəlövhlük olardı: "Eyni zamanda, Avropanın daha güclü olmasına ehtiyacımız var".