EN

Qazaxıstanın emal sənayesində son on ilin ən yüksək artım tempi müşahidə olunur - Tokayev

Astana: Trend:

Qazaxıstanın emal sənayesində son on ilin ən yüksək artım tempimüşahidə olunur.

Trend xəbər verib ki, bubarədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev geniştərkiblihökumət iclasında çıxışı zamanı deyib.

“Ötən il emal sənayesində ümumilikdə 1.3 trilyon təngə (2.5milyard dollar) məbləğində 180 investisiya layihəsigerçəkləşdirilib. Nəticədə sektordakı artım təxminən 6 faiz təşkiledib ki, bu son 10 ilin ən yüksək göstəricisidir. Bu müsbəttendensiyanı möhkəmləndirmək və davamlı olmasını təmin etməklazımdır”, - deyə o bildirib.

Tokayev BMT hesablamalarına görə iqtisadiyyatda investisiyanıncəlb edilməsi baxımından Qazaxıstanın yüksək nəticələrə nailolduğunu diqqətə çatdırıb.

“Qərargahın fəaliyyəti bir sıra bürokratik əngəllərin və hüququkolliziyaların aradan qaldırılması hesabına ayrı-ayrı layihələrinhəyata keçirilməsini sürətləndirib. Amma əsas məqsəd, yalnız"nöqtəvi problemləri" həll etmək deyil, ilk növbədə ölkədəinvestisiya mühitini sistemli şəkildə yaxşılaşdırmaqdır.

İnvestisiya layihələrinin hazırlanması prosesində hələ dəidarələrarası əlaqələndirmələrə çoxlu vaxt sərf olunur. Hökumətdaha operativ işləməli, artıq bürokratiyadan xilas olmalıdır. Uzunçəkən razılaşdırma və qərar qəbuletmə prosedurları dövlətqulluqçularının üzərlərinə məsuliyyət götürmək istəməməsi və yaqorxması ilə bağlıdır. Bu barədə açıq danışmaq lazımdır," - dövlətbaşçısı əlavə edib.

Məqalədə:
Chosen
7
az.trend.az

1Sources