EN

Dmitri Kramarenkodan zədəli qızı barədə açıqlama

Azərbaycan milli komandasının sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalə Kramarenkonun diz əməliyyatı keçirdikdən sonra karyerasını davam etdirmə şansı var.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskvanın MOİK futbol komandasının qapıçı məşqçisi, bədii gimnast Lalə Kramarenkonun atası Dmitri Kramarenko bildirib.

Azərbaycan millisinin sabiq qapıçısı zədə üzündən diz əməliyyatı zamanı səhvən sağ meniskisi çıxarılan qızının karyerası barədə bunları bildirib: “Həkim çalışır qızımın dizini xilas etsin ki, karyerasını davam etdirə bilsin. İndi o, gəzir, problemsiz müalicə alır. Bu baxımdan hər şey yaxşıdır. Lalə İsraildə reabilitasiyadan keçib. Dizə tam sakitlik üçün bir-iki ay tam istirahət vermək qərarına gəldik. Yalnız bundan sonra tam aydınlıq olacaq. O zaman Lalənin karyerasını yüksək səviyyədə davam etdirə biləcəyini dəqiq söyləmək mümkün olacaq”.

Xatırladaq ki, Lalə Kramarenkonun atası Dmitri Kramarenko 1992 - 2005-ci illərdə Azərbaycan yığmasının formasını geyinib. O, hazırda Rusiyanın MOİK klubunda qapıçıların məşqçisidir. Lalə Kramarenko 2021-ci il Avropa çempionu, 2019-cu il gənclər arasında dünya çempionu və 2018-ci ilin yeniyetmələr arasında Avropa çempionudur. 2024-cü ildə bədii gimnastika üzrə Rusiya çempionatında L.Kramarenko beş qızıl medal qazanıb.


Müəllif: Röyanə Oğuz
Chosen
5
2
teleqraf.com

4Sources