İrqçi fars-molla rejimi 17 yaşlı Nigar Dəbbağini fevralın 19-da ittihamları üzrə məhkəmə iclasının keçirilməsi üçün Təbrizdə İnqilab Məhkəməsinin 8-ci bölməsinə çağırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.
Məlumata görə, azərbaycanlı yeniyetmənin məhkəmə işi daha öncə Təbrizdə rejimin İnqilab Prokurorluğunun 10-cu bölməsində araşdırılıb.
Azərbaycanlı yeniyetmə öyrənci “insanları daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə sövq etmək”, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”, “İslam Respublikasının qurucusunu və rəhbərini təhqir etmək”də günahlandırılıb.
Qeyd edək ki, Nigar Dəbbağinin məhkəmə işinə Təbrizdə rejiminİnqilab Məhkəməsində baxılması qanunsuzdur. Çünki o, qanuni olaraq yetkinlik yaşına çatmayıb. Onun işinə uşaqlar və yeniyetmələr üzrə olan xüsusi məhkəmədə baxılmalıdır.
Xəbər 4 dəfə oxunub.