Aktual.az xəbər verir ki, bu barədə "Türkiyə” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, Trampın xarici yardım proqramına yenidən baxılması qərarı PKK/YPG-nin vəsaitlərini kəsib, onların nəqliyyat və qida xərclərini məhdudlaşdırıb və pul ödənişlərini böyük risk altına qoyub:
"PKK/YPG-nin maliyyə orqanları qərargahın saxlanması, nəqliyyat və yemək xərclərinə məhdudiyyətlər barədə xəbərdarlıq edib. Bundan əlavə, yanvar və fevral aylarının maaşları sonuncu ola bilər”.
Qəzetin mənbələri həmçinin PKK/YPG daxilində Türkiyənin Suriyanın şimalında – qruplaşmanın ildə 2 milyard dollar gəlir əldə etdiyi neft yataqları ərazisində hərbi əməliyyat keçirəcəyinə dair böyük qorxuların olduğunu bildirib.