EN

Falçıya gedən qadının aqibəti görün necə oldu... - Azərbaycanda ŞOK OLAY

Azərbaycanda falçılıq mövzusu yenə də dəhşətli nəticələrlə gündəmə gəlib. Yeniyetmə yaşda falçı proqnozlarına inanaraq ağır psixi problemlər yaşayan qadın illər sonra sığınacağa gətirilib.
 
Moderator.az xəbər verir ki, Qadın və Uşaq Sığınacağından verilən məlumata görə, 17 yaşında falçının söylədiklərindən təsirlənən bu qadında şizofreniya və kəskin psixoloji pozuntular aşkarlanıb.
 
Bildirilib ki, o, gecələr yatmır, səbəbsiz yerə gülməyə və ağlamağa başlayır:
 
"Sığınacağa ötən gün bir xanım gətirilib. Xanım 2-3 gün qaldıqdan sonra qəribə davranışlarını hiss etdik. Bütün günü ağlamağa çalışır, eyvanın kənarından ayrılmır, gecələr yatmır, bəzən səbəbsiz yerə gülməyə başlayır. Narahat olub qadını müayinə üçün xəstəxanaya göndərdik. Nəticədə qadına şizofreniya və kəskin psixoloji pozğunluq diaqnozu qoyuldu.
 
Bu gün qohumlarının gəlib danışdıqları isə tamamilə başqa bir mövzudan bəhs edirdi. Bildirdilər ki, qadın 17 yaşına qədər tamamilə normal olub. Lakin 17 yaşında falçıya gedib. Falçı ona deyib ki, "sizin evdə iki qara çadır görürəm". Qadın bu sözlərdən sonra evə girməkdən imtina edib və vəziyyəti günü-gündən daha da pisləşib.
 
Hazırda qadını sığınacaqda saxlamaqda çətinlik çəkirik və onu müalicə üçün xəstəxanaya yerləşdirməyə çalışırıq".
 
Chosen
13
6
moderator.az

10Sources