EN

“Rossotrudniçestvo”nun (Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi) rəhbəri Azərbaycanın “Baku” TV İnternet- telekanalını məhkəmə iddiası ilə hədələyib.

“Hansısa qızın Azərbaycanın Baku.tv leyblı ilə mənfur reportajı - stendapı ilə tanış oldum. Bakıda bizim Azərbaycandakı Mədəniyyət Mərkəzinin girişində, Rus Evi lövhəsinin qarşısında çəkilib. Reportajda qız utanmazcasıns yalan söyləyir ki, bura casuslar və separatçılar yuvasıdır. Mənə məlum olduğu qədərilə, Baku.tv Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Bazar ertəsi biz işgüzar reputasiyanın qorunması barədə məhkəmə iddiası hazırlayacağıq. Mən Azərbaycan hökumətinin maliyyələşdirdiyi kütləvi informasiya vasitəsindən bu böhtan və yalana dair təkzibedilməz sübutları eşitmək istəyirəm. Və ya təkzib və üzrxahlıq", - Primakov teleqram-kanalda yazıb.

O xatırladıb ki, Azərbaycandakı Rusiya Mədəniyyət Mərkəzi iki ölkə arasında hökumətlərarası saziş əsasında fəaliyyət göstərir və müstəsna olaraq, təhsil, mədəniyyət və elmlə məşğul olur.

"İndi, qoy, Baku.tv sübut etsin ki, bu fəaliyyət casus fəaliyyətidir və ya hansısa bir şəkildə qanunsuzdur", - Primakov deyib.

* “Rossotrudniçestvo” Rusiyanın aparıcı agentliyidir, əsas missiyası Rusiyanın dünyada humanitar təsirini gücləndirməkdir. Təşkilat dünyanın 71 ölkəsində 87 xarici nümayəndəlik ilə təmsil olunub. 2021-ci ildən "Rus Evi" qeyri-rəsmi adı alıb.

Chosen
13
turan.az

1Sources