"Sabah" heyətinə yeni futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, özbəkistanlı futbolçu Umarali Raxmonaliyev Rusiyanın "Rubin" klubundan "Sabah"a keçib. 21 yaşlı yarımmüdafiəçinin müqaviləsinin detalları hələlik açıqlanmayıb.
Umarali 2023-cü ildən "Rubin"də çıxış edib. Gənc futbolçu bu mövsüm "Rubin"də 7 oyuna çıxıb və 1 qol ötürməsi edib.
Xatırladaq ki, "Sabah" bu qış qazaxıstanlı qapıçı Stas Pokatilovu da heyətinə cəlb edib.