EN

Serbiya baÅŸ naziri istefa verdi - FOTOlar

Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, nazir Novi Sadda baş verən qatar qəzası və onun ardınca ölkədə genişlənən etiraz dalğası səbəbindən istefa verib. Qəza nəticəsində 15 nəfər həyatını itirib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Baş nazirin istefası ilə yanaşı, nəqliyyat naziri Qoran Vesiç, ticarət naziri Tomislav Momiroviç və dəmiryolunun baş direktoru Jelena Tanaskoviç də vəzifələrindən gediblər.

2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasında beton talvarın uçması böyük faciəyə səbəb olub. Bu hadisədən sonra hökumətə qarşı narazılıqlar artıb, tələbələr və vətəndaşlar "Serbiya Stop" şüarı altında etiraz aksiyaları təşkil ediblər.

Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində nazir Qoran Vesiç də daxil olmaqla 11 nəfər saxlanılıb. Prezident Aleksandar Vuçiç etiraz edən tələbələri dialoqa dəvət edib və məsul şəxslərin cəzalandırılacağını bildirib.

"Faciədən sonra əlimizdən gələni etdik, hər zaman qurbanların ailələrinin yanında olduq", - deyə Vuçiç açıqlamasında vurğulayıb. O, həmçinin 13 tələbə və 1 akademikin əfv olunması üçün qərar imzalamağa hazır olduğunu qeyd edib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
13
5
milli.az

10Sources