Rusiyanı YUNESKO-da “ləğv etmək” mümkün olmayıb və bütün cəhdlərə baxmayaraq, mümkün olmayacaq.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib: “Bütün maneələrə baxmayaraq, keçən il biz bir neçə sahədə bir sıra çox müsbət nəticələr əldə etdik. Xüsusilə, 2024-cü ilin iyulunda Hindistanın paytaxtında keçirilən Ümumdünya İrs Komitəsinin sessiyasında biz Rusiyanın daha bir mövqeyinin daxil edilməsinə nail olduq. Bu da dünya əhəmiyyətli təbii və mədəni obyektlər siyahısında 33-cüdür.
Lavrov həmçinin qeyd edib ki, YUNESKO-nun dərc etdiyi son hesabatda rusiyalı jurnalistlərin ölümü qeyd olunmayıb. “Xanım Azulenin (YUNESKO-nun baş direktoru Odri Azulenin) jurnalistlərin təhlükəsizliyi ilə bağlı ona verilən mandatı yerinə yetirməkdən imtina etməsi, xüsusilə onların qətllərini pisləməsi mahiyyətcə onu informasiya müharibəsinin iştirakçısına çevirir”, – deyə Lavrov bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az