EN

Türkiyədən İsrailə “ZƏRBƏ”

İsrail mediası Türkiyənin Qətər, Misir və Səudiyyə Ərəbistanı ilə yaxın münasibətləri səbəbindən Qəzzanın yenidən qurulmasının 40 milyard dollara başa gələcəyini yazıb.

Publika.az xəbər verir ki, İsrailin "Haaretz" qəzetində Zvi Barelin dərc etdiyi təhlildə Qəzzanın yenidən qurulması prosesi ilə bağlı təfərrüatlar yer alıb.

Məqalədə deyilir: “ABŞ prezidenti Tramp Qəzzadakı fələstinlilərin ərəb ölkələrinə, xüsusilə İordaniya və Misirə deportasiyası ideyasını irəli sürüb. HƏMAS tərəfindən idarə olunan və nəzarət edilən Qəzza xalqının şimala qayıtması Trampın Qəzzanı sakinlərindən “təmizləmək” və bölgəni yenidən qurmaq təklifinə cavabdır. BMT-nin Qəzzadakı qarşıdurmalardan sonra dərc etdiyi hesabatda 1,8 milyon insanın evsiz qaldığı, infrastruktura birbaşa ziyanın 18,5 milyard dollara çatdığı qeyd edilib. Qəzzanın tam yenidən qurulmasının 40 milyard dollara başa gələcəyi və 2040-cı ilə qədər davam edəcəyi təxmin edilir.

Chosen
5
27
publika.az

10Sources