EN

Sakit Okeanın şimal-şərqindəki ən aktiv vulkan aktivləşib

Oreqon sahillərindən 300 mil aralıda yerləşən "Axial Mountain" sualtı vulkanı qaçılmaz püskürmə əlamətlərini göstərir. 1997-ci ildən vulkanı izləyən alimlər 2025-ci ilin sonuna qədər püskürmənin baş verəcəyini proqnozlaşdırırlar. Bu hadisə insanlar üçün təhlükə olmasa da, vulkanik fəaliyyətin öyrənilməsi üçün unikal məlumatlar verə bilər. Bununla bağlı ətraflı məlumatlar Nature jurnalında dərc olunub.

"Axial Mountain" Sakit Okeanın şimal-şərqindəki ən aktiv vulkandır. Son 30 ildə üç dəfə püskürüb: 1998, 2011 və 2015-ci illərdə. Vulkan indi son püskürmədən əvvəl müşahidə olunan gərginlik səviyyəsinə çatıb.

“Axial Mountain suyun altında gizləndiyi üçün hər kəsin eşitmədiyi bir vulkandır. Lakin onun fəaliyyəti heyranedicidir”, - vulkanoloq Bill Çadvik bildirib.

Tural

Chosen
3
10
news365.az

10Sources