EN

Sahibkarlarla keçirilmiş görüşlərdə subsidiyaların verilməsinə dair müzakirələr aparılıb

Bakı, 28 yanvar, AZƏRTAC

Sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, dövlət dəstəyi mexanizmləri barədə biznes subyektlərinin və fermerlərin məlumatlandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə regionlarda keçirilən sahəvi görüşlər davam etdirilir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, yanvar ayında Göygöl, Astara, Yevlax, Abşeron (Şəfəq qəsəbəsi) və Ağdam rayonlarında sahibkarların və müvafiq dövlət qurumlarının iştirakı ilə heyvandarlıq, ictimai iaşə, özünüməşğulluq, intensiv sitrus bağçılğı və suvarma ilə bağlı görüşlər keçirilib. Görüşlərdə sahibkarlarla dövlət dəstəyi tədbirləri, subsidiyaların verilməsi, aqrar sığorta mexanizmi, özünüməşğulluqla bağlı layihələr, əməkhaqqının birgə maliyyələşmə mexanizmi, dövlətin güzəştli kreditləri, KOBİA-nın biznesin qurulması və inkişafına dəstəyi, suvarma suyu ilə təminat məsələri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirlərdə iştirak etmiş aidiyyəti qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib, təşəbbüsləri müzakirə edilib.

Chosen
7
3
azertag.az

4Sources