EN

"Human Rights Watch" təşkilatı Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Özünü insan hüquqlarının müdafiəçisi adlandıran "Human Rights Watch" təşkilatı dünyada insan haqlarının vəziyyətinə dair illik hesabat dərc edib.
Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır:
"Lakin Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir.
Hesab edirik ki, bu, "Human Rights Watch" təşkilatı tərəfindən Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın Qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə "Human Rights Watch"a xüsusi müraciət ünvanlamışdıq".
"Biz "Human Rights Watch" təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik", - deyə bəyanatda qeyd olunub.
Chosen
6
7
oxu.az

10Sources