EN

Ukraynanın bölünməsi məsələsinin müzakirəyə çıxarılması TƏKLİF EDİLDİ

Ukraynanın bölünməsi məsələsinin müzakirəyə çıxarılması təklif edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Ukraynanın tarixi prinsiplərə görə bölünməsi Rusiya Xarici Kəşfiyyat Xidmətində müzakirəyə təklif edilib.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Rusiya Tarix Cəmiyyətinə Ukrayna torpaqlarına hüquqlar mövzusunu müzakirə etməyi təklif edib.

“Mən bu mövzunu müzakirə etməyi təklif etdim, amma tarixi baxımdan. Və çalışacağıq ki, başqa ölkələrdən, Polşadan, Macarıstandan, Slovakiyadan tarixçiləri dəvət edək”, – Narışkin deyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
8
interpress.az

1Sources