Donald Trampın prezidentliyə andiçmə mərasimində geyindiyi şapka ilə günlərdir danışılan ABŞ-ın birinci xanımı Melaniya Tramp bu dəfə Ağ Evdəki rəsmi portreti ilə gündəmdədir.
Turkustan.az xəbər verir ki,Ağ Evin ictimaiyyətlə paylaşdığı portretdə Melaniya Trampın tünd kostyum və ağ köynəyə üstünlük verdiyi görünür, arxa plandakı Vaşinqton abidəsi də diqqət çəkir.
Bu dəfə onun rəsmi sosial media hesabından (FLOTUS) ilk paylaşımı trend mövzusu oldu. Melaniyanın geyimində seçdiyi ağ-qara ton Ağ Evin rəsmi portretində əks olunub.
O, şəklini paylaşaraq, “Ağ Evin birinci xanımı Melaniya Trampın rəsmi portreti” sözlərini yazıb.
Aytən Yaşar/ Turkustan.az