XİN adından yayılan bu məlumat saxtadır -
Sosial şəbəkələrdə AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.Metbuat.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.O, sözügedən məlumatın saxta olduğunu vurğulayıb.Qeyd edək ki, məlumatda Ayxan Hacızadənin AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi kimi quş sürüsü ilə toqquşması versiyasını təsdiqlədiyi bildirilib.![](//metbuat.az/uploads/1/898417cccf-f2aad24a-7d54-34af-aa6a-17323c54a8db.jpg)