EN

Qəzza üzrə danışıqların ikinci mərhələsi fevralın 3-də baş tutacaq

Qəzza zolağında münaqişə tərəfləri arasında danışıqların ikinci mərhələsi fevralın 3-də baş tutacaq.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.

"Danışıqların ikinci mərhələsi atəşkəs razılaşmasının həyata keçirilməsinin 16-cı günündə başlayacaq", - o, mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, atəşkəs razılaşmasının faktiki pozulması yoxdur. Onun sözlərinə görə, vasitəçilər tərəflərin atəşkəs müddəalarına əməl etmələrini diqqətlə izləyirlər.

Chosen
15
aznews.az

1Sources