EN

Konqoda gərginlik: Ruanda, Uqanda, Fransa və Belçikanın səfirliklərinə hücum olunub

Bakı. Trend:

Konqo Demokartik Respublikasında gərgin vəziyyət davam edir.Paytaxt Kinşasada "M23" üsyançılarına etiraz edən iğtişaşiştirakçıları Ruanda, Uqanda, Fransa və Belçikanın ölkədəkisəfirlik binalarına hücumlar edib.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, etirazçılar bəzi diplomatikmissiyaların binalarına daxil ola biliblər və orada qarətlərtörədiblər.

Məlumata görə, polis mərkəzi küçələrdə və səfirlik binalarıqarşısında təkərlər yandırıb, “M23” üsyançılaraına qarşı şüarlarsəsləndirən nümayiş iştirakçılarına qarşı göz yaşardıcı qaz tətbiqedib.

Yaranmış gərginliklə əlaqədar paytaxt Kinşasanın bəziərazilərində “həyat dayanıb”, məktəblər və dükanların bağlandığıdeyilir.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı gərginliyinepisentri olan Qomada baş verən silahlı toqquşmalarda yüzlərləinsanın yaralandığını, küçələrdə çoxlu insan meyitlərinə rastgəlindiyini, cinsi zorakılıq hallarında kəskin artımın müşahidəolunduğunu bildirib. Bölgədən yerli sakinlərin kütləvi axınıbaşlayıb.

Qeyd edək ki, “M23” üsyançıları ilə Konqo ordusu arasında gedəndöyüşlərdə azı 17 beynəlxalq sülhməramlı həlak olub.

Məqalədə:
Chosen
9
az.trend.az

1Sources