EN

Paytaxtın mərkəzində tıxacın qarşısının alınmasına dair hazırlanan plan məlum olub

Bakı. Trend:

Bütün bu işlərin görülməsi sayəsində ilkin müsbət nəticələr əldəedilmişdir.

APA xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyatməsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Sədr qeyd edib ki, lakin vətəndaşların mobilliyə olantələbatının ödənilməsi üçün bütün nəqliyyat vasitələrinin birlikdəfəaliyyətini nəzərə alan yekdil planın hazırlanmasına zərurət varidi:

“Sizin göstərişinizlə bu istiqamətdə işlər aparıldı və əvvəlcəşəhərə daxil olan bütün axınlar qiymətləndirildi. Bəlli oldu ki,gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərininmərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 minavtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləridə bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyükpaya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır.Buradan çıxış edərək vahid, əlaqələndirilmiş, inteqrasiya edilmişnəqliyyat planı hazırlandı və onun istiqamətlərini diqqətinizəməruzə edirəm. Burada iki əsas istiqamət var. Birinci istiqamətyol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdəsimulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritetsiyahısına alınaraq, diqqətinizə məruzə edilmişdir. Bu layihələr üçdairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu,Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu ZiyaBünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yollarıninşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarınınaxınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərinmərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilindəolan dar boğazların həll olunmasına yönəlmişdir ki, buradanəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın”.

Məqalədə:
Chosen
4
2
az.trend.az

10Sources