Ajans.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, NİVA markalı avtomobilin digər nəqliyyat vasitəsi toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Hazırda hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.