Fransa muxtar ərazi kimi Danimarkanın bir hissəsi olan Qrenlandiyaya qoşun yeritməyə hazırdır. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro Sud Radio ilə söhbətində deyib.Nazirin şərhi ABŞ prezidenti Donald Trampın adanı ilhaq etmək təhdidləri fonunda verilib. Lakin Barronun sözlərinə görə, Vaşinqton öz planını həyata keçirə bilməyəcək. “Avropa İttifaqının sərhədləri müzakirə mövzusu deyil... Aİ ilə münaqişəyə girmək heç kimin marağında deyil” - deyə o, qeyd edib.Fransa XİN-in rəhbəri qeyd edib ki, Arktika yeni münaqişə meydanına çevrildiyi üçün qoşunların göndərilməsi zəruri tədbirdir. "Danimarka daha 2 milyard avro sərmayə qoymaqla bu ərazidə hərbi mövcudluğunu artıracağını açıqladı. Biz Arktikanı xarici təsir və ya müdaxilədən qorumaq üçün daha çox iş görməliyik", - deyə nazir bildirib.