EN

Benzinin qiyməti artacaq?



Qazaxıstan hökuməti yanacağın və maye qazın (LPG) qiymətləri ilə bağlı qərar qəbul edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qiymətlər tədricən artacaq. Bunu Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev də təsdiqləyib.

"Bu növ əmtəə dərhal bahalaşmayacaq. Fevraldan başlayaraq yanacaq-sürtkü materiallarının, yaxın gələcəkdə isə maye qazın qiyməti tədricən artacaq", -deyə Satkəliyev bildirib.

Nazir həmçinin vurğulayıb ki, hökumət sosial əhəmiyyətli məhsulların qiymətlərinin kəskin artmasının qarşısını almaq üçün bütün lazımi inzibati tədbirləri görəcək.

Onun sözlərinə görə, bazar qiymətlərinə rəvan keçid Qazaxıstana bu sektorlara lazımi investisiyaları cəlb etməyə və yanacaq qıtlığı risklərini aradan qaldırmağa imkan verəcək.


Mehman Mehdiyev
Chosen
10
newscenter.az

1Sources