EN

Qazaxıstan təyyarəsi quş sürüsü ilə toqquşdu

"FlyArystan" aviaşirkətinə məxsus təyyarə quş sürüsü ilə toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Air Astana” məlumat yayıb.

“FlyArystan aviaşirkətinə məxsus təyyarə Uralsk -Astana marşrutu üzrə uçarkən Uralsk hava limanında quş sürüsü ilə toqquşub. Təyyarənin sistemlərinin və mühərriklərinin işində kənarlaşma olmadığına görə ekipaj uçuşu davam etdirib və adi qaydada Astana hava limanına enib”, - aviaşirkətin mətbuat xidmətindən bildirilib.

Hava limanının mütəxəssisləri bildiriblər ki, təyyarəyə baxış zamanı mühərrikin daxilində çoxlu zədələr aşkar edilib.


Müəllif: Arzu
Chosen
13
50
teleqraf.com

10Sources