Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və müdafiə naziri Troels Lund Poulsen ABŞ-nin yeni Prezidenti Donald Trampın söylədiyi kimi, Amerikanın Qrenlandiya üzərində nəzarəti ələ keçirmə ehtimalını rədd ediblər.
Bu barədə “Ritzau” agentliyi məlumat yayıb.
“Tramp Qrenlandiyanı əldə etməyəcək. Beynəlxalq hüquq baxımından Qrenlandiya Qrenlandiyadır, Qrenlandiya xalqı da bir xalqdır”, – o deyib.