EN

Zaqatalada tarixi məscid ibadət üçün təhlükəli vəziyyətdə - Niyə təmir olunmur? VİDEO

Zaqatalanın Qımır kənd məscidi qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, 2012-ci ilin may ayında bölgədə baş vermiş zəlzələ nəticəsində Qımır kənd məscidi bu vəziyyətə düşüb.  Sakinlər məscidi bir neçə dəfə təmir etmək istəsələr də, bunun qeyri-mümkün olduğu deyilib.

Səbəb isə Məscidin tarixi abidə kimi dövlət qeydiyyatına alınmasıdır.

2000 nəfər sakini olan Qımır kəndinin məscidi 19-cu əsrdə inşa edilib. İbadət ocağının binası qəzalı vəziyyətdə olduğu üçün aidiyyəti qurumlar tərəfindən bura giriş qadağan olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli "Xəzər Xəbər"ə bildirib ki, Zaqatala rayonunun Qımır kəndində yerləşən XIX əsrə aid məscidə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən baxış keçirilib. Layihə-smeta sənədlərinin hazırlanması və bərpa-konservasiyası işləri üzrə görüləcək tədbirlər qiymətləndirilib. Bərpa-konservasiya işlərinin aparılması üçün tarixi abidənin növbəti illərin dövlət büdcəsi hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
6
xezerxeber.az

1Sources