EN

“Sumqayıt”ın legioneri: “Bura gələndən sonra başa düşdüm ki…”

“Sumqayıt” Premyer Liqanın XX turunda “Sabah”la heç-heçə edib – 0:0.

“Kimyaçılar”ın futbolçusu Casurbek Caloliddinov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Çətin olacağını bilirdik. Evdə “Səbail”ə məğlubiyyətdən sonra yaxşı nəticə istəyirdik. “Sabah” kimi güclü komandaya qarşı oynayırdıq. Mübarizə apardıq və xal qazana bildik. Oyunun ilk hissəsi bizimçün yaxşı keçmədi. Buna baxmayaraq, fasilədən sonra toparlandıq və mübarizlik göstərdik. Qələbə qazana da bilərdik”.

“Sumqayıt” növbəti turda “Araz-Naxçıvan”ı qəbul edəcək. Özbək cinah oyunçusu matçdan gözləntilərini bölüşdü:

“Premyer Liqada asan oyun yoxdur. Hər rəqib çətindir. “Araz-Naxçıvan” bu mövsüm yaxşı formadadır və ağır oyun olacaq. Qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Cəsurbek Azərbaycan çempionatı haqda da fikirlərini bölüşdü:

“Bura gəlməzdən əvvəl çox məlumatlı deyildim. Lakin komandada hər kəs mehribandır və uyğunlaşmağımda hamının rolu oldu. Bura gələndən sonra başa düşdüm ki, Azərbaycan çempionatının səviyyəsi yaxşıdır. Məqsədim futbolçu kimi böyümək və komandama kömək etməkdir”.

Chosen
8
futbolpress.az

1Sources