Çinin neft və təbii qaz hasilatı 2024-cü ildə ilk dəfə olaraq 400 milyon ton ekvivalentini ötüb.
Bu barədə Çinin energetika məsələləri üzrə Dövlət İdarəsi məlumat yayıb.
Hesabatda qeyd olunur ki, 2023-cü illə müqayisədə artım təxminən 10 milyon tondur. Hasilat ardıcıl səkkizinci aydır ki, bu sürətlə artır.
Məlumata görə, ötən il neft hasilatı 1,8 % artaraq 213 milyon tona çatıb. Xüsusilə, şist neft hasilatı 30 %-dən çox artaraq 6 milyon ton təşkil edib. \\Report.Az