ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu görüşə dəvət edib.Bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.
"ABŞ Prezidenti Donald Tramp Baş nazir Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir”, - məlumatda qeyd olunub.