"Hakimlərin bərbad idarəçiliyi, oyunu bilməməkləri nəticəyə təsir etdi"
İdman.biz xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/8 finalında "Abşeron"a 94:96 hesablı məğlubiyyəti şərh edib: "Sanki bu oyundan xəbərləri yoxdur. Özümüz də ilk dəfə idi ki, bu meydanda oynayırıq. Amma əsasən hakimlərin idarəçiliyi nəticəni belə duruma günə gətirdi. Hakim idarəçiliyi yaxşı olsaydı, növbəti mərhələyə adlayardıq. Biz kimdən zəifikki? "Naxçıvan"a da müqavimət göstərəcəkdik. Amma hakimlik bərbad idi. Demirəm hakimlik bilərəkdən edirdilər, sadəcə bacarmırlar".
Qeyd edək ki, oyunun qalibi iki overtaymdan sonra bəlli olub.
İdman.biz