Mingəçevirdə nəvəsinin yol-nəqliyyat hadisəsində xəsarət aldığını öyrənən nənə intihar edib.
Pravda.az "Unikal"a istinadən məlumat verir ki, bir neçə gün əvvəl Mingəçevirdə yerləşən Kəlbəcər rayon məktəbinin 8-ci sinif şagirdi - 2010-cu il təvəllüdlü Amil Habil oğlu Rzayevi maşın vurub. Xəbəri eşidən 1961-ci il təvəllüdlü nənə Lalaxanım Rzayeva nəvəsinin qəzadan sonrakı ağır durumuna dözməyərək sirkə turşusu içib.
Yerli xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra paytaxta aparılan qadın yolda keçinib.
Tarix: 29 Yanvar 2025, 01:18