EN

Ermənistanın Xəzərə çıxmaq cəhdi: Planlarını açıqladılar

Regional əməkdaşlıq və nəqliyyat layihələrinin həyata keçirilməsi Cənubi Qafqazda siyasi fərqlilikləri aradan qaldıra, sülh, sabitlik və inkişafı təşviq edə bilər. Ermənistan bu mövqeyində qətidir.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi Davit Karapetyan deyib.

Qurum rəsmisi bu kontekstdə Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsinə diqqət çəkib:

“Bu təşəbbüs Bəsrə körfəzi, Qara və Xəzər dənizləri arasında əlaqəni genişləndirmək, bu regionları qlobal ticarət mərkəzinə çevirmək və onların qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasını, eləcə də bölgədə iqtisadi əlaqələr, mədəni dialoq və qlobal sabitliyi təşviq etmək məqsədi daşıyır”.

Karapetyan əlavə edib ki, təhlükəsiz nəqliyyat marşrutlarının təmin edilməsi regional sülhdə əsas rol oynaya bilər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə İrəvanın bu layihəsindən danışıb.

Dövlət başçısı bildirib ki, Ermənistan bunu reallaşdırmaq üçün əvvəlcə Azərbaycana müraciət eləməlidir:

“Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur.

Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”./Teleqraf.com


Telegram kanalımız
Chosen
16
9
yenisabah.az

10Sources